


Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır
Bakı, 27 avqust, AZƏRTAC
Oyunun üçüncü setində xal fərqi çox idi. Bu mənada həmin setdə qalib gələcəyimizi heç gözləmirdim. Düşünürəm ki, bu matçdan çıxarmalı olduğumuz əsas nəticə heç vaxt təslim olmamaqdır. Məhz mübarizəni sona qədər davam etdirməyimiz bizi bu qədər irəli apardı. Ona görə də qarşıdakı oyunlarda bu ruhu özümüzlə aparmaq çox vacibdir. Döyüşməyə davam etmək və heç vaxt təslim olmamaq bizim üçün əsas amil olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Belçika millisinin hücumçusu Lize Verxelst Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, Azərbaycan millisinin fiziki cəhətdən yaxşı komanda olduğunu bildirib: “Arenadakı atmosfer də çox yaxşı idi. İlk vaxtlarda bu atmosfer bizə mənfi təsir etdi. Həmçinin Azərbaycan millisi də yaxşı mübarizə apardı. Fiziki cəhətdən yaxşı komandadır və sona qədər döyüşməyə davam edirlər. Buna görə də deyə bilərəm ki, çox gərgin və maraqlı oyun oldu”.
Voleybolçu Bakını çox bəyəndiyini vurğulayıb: “Əslində, hələ Bakını gəzməmişəm. Lakin cümə günü oyunumuz olmadığı üçün şəhər turuna çıxa bilərəm. Hələ dəqiq qərar verməmişəm”.
Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan millisi 8 xalla 3-cü pillədədir. Belçika 11 xalla 1-ci, 8 xalı olan Niderland ikincidir.
Müxbir – Cavid Əliyev
“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq
Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir
Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır
Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur