×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir

Bakı, 27 avqust, AZƏRTAC
“Sabah” klubu UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün təsnifat mərhələsində göstərdiyi parlaq oyunla bir çox statistik göstəricilərdə birinci olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinədək olan matçlarda ən çox qələbə (6) qazanan və ən çox qol (18) vuran komandadır.
Hücum xəttində inamlı çıxışı ilə diqqət çəkən “bayquşlar” rəqib qapısına endirilən zərbələrin sayında da liderdir – 137. Bu zərbələrin 52-si dəqiq alınıb. “Sabah”, həmçinin təsnifat oyunlarında ümumilikdə 48 künc zərbəsi yerinə yetirməklə bu göstərici üzrə də rəqiblərini qabaqlayıb.
Komandanın tarixi uğurunda futbolçuların fərdi ustalıqları da həlledici rol oynayıb. Belə ki, Velko Simiç vurduğu 6 qolla təsnifat mərhələsinin ən məhsuldar oyunçusu olub. Serbiyalı yarımmüdafiəçinin komanda yoldaşı Coy-Lens Mikels 4 qolla 2-ci pillədə qərarlaşıb.
Timoteuş Puxaç isə 5 qol ötürməsi ilə turnirin ən yaxşı assistenti adını qazanıb.

 

İdman 2026-08-27 11:01:00