×
A
A
A
Sazlamalar

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Xaçmaz, 27 avqust, AZƏRTAC
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyadanı vurub. Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Abbasov Böyükağa Abbasəli oğlu dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında B.Abbasov kənddəki kompüter oyunları zalından evə qayıdan zaman baş verib.
Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində Neft-Energetika Kollecində təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.

Müxbir- Elxan Yusifli

Regionlar 2026-08-27 10:33:00