


UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu Bakıda Niderlandın “Tvente” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir
Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır
Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur
UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı
Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb