


Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edən "Fənərbağça" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.
"Fənərbağça" son dəfə 2008-2009-cu illər mövsümündə turnirin qrup mərhələsində mübarizə aparmışdı.
Gecənin digər nəticələrinə əsasən "Vikinq" (Norveç) və AEK (Yunanıstan) də liqa raunduna vəsiqə əldə edib.
Müxbir – Cavid Əliyev
Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir
Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb