×
A
A
A
Sazlamalar

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

Sabirabad, 22 avqust, AZƏRTAC

Sabirabad rayonunda motosikletçinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad şəhərində qeydə alınan qəza zamanı Saatlı şəhər sakini – 1986-cı il təvəllüdlü Kərimov Seyfəli Arif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabirabad şəhər sakini – 1958-ci il təvəllüdlü Əliyev Əlxan Məzahir oğlunun idarə etdiyi motosiklet toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

 

Regionlar 2026-08-22 22:17:00