


İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb
İsmayıllı, 22 avqust, AZƏRTAC
İsmayıllı rayonunda ehtiyatsızlıq səbəbindən bədbəxt hadisə baş verib. Təsərrüfat məqsədləri üçün istifadə olunan göldə bacı və qardaş batıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən onlardan birinin meyiti sudan çıxarılıb. Digər azyaşlının axtarışları isə hazırda intensiv şəkildə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var
İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq
Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO