×
A
A
A
Sazlamalar

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazax, 22 avqust, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin şəxsdən 4 kiloqram narkotik vasitə və 300 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. A.Dəmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müxbir -Ruslan Novruzoğlu

Regionlar 2026-08-22 16:32:00

Video