


Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2-4 hərəkət zolaqlı olacaq.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.
Tikinti sahələrində 2085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50 faizdən çoxu icra olunub.
Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.
Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var
İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq
Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO