×
A
A
A
Sazlamalar

İmişlidə yol qəzası olub, piyada ölüb

İmişli, 21 avqust, AZƏRTAC
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 22 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində qeydə alınıb.
Mürşüd Babaşov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada Kamilə Qurbanovanı vurub, idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-08-21 22:43:00