


Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib
Şəki, 21 avqust, AZƏRTAC
Şəki Şəhər İcra Hakimiyyətində qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması ilə bağlı görülən işlərə həsr olunmuş görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi Ceyhun İbrahimov, aidiyyəti qurumların rəhbərləri, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq rayon ərazisində aparılan mübarizə tədbirləri haqqında məlumat verilib, bu sahədə mövcud vəziyyət müzakirə olunub.
Görüşdə, həmçinin əldə olunan nəticələr qiymətləndirilərək növbəti dövr üçün görüləcək tədbirlər müəyyənləşdirilib, fermerlərin sualları cavablandırılıb.
Müxbir - Rasim İslamoğlu
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib
“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları
Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb