×
A
A
A
Sazlamalar

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunublar.
Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ziyarətçilər görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Onlar, həmçinin hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıblar.
Sonra hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Cəmiyyət 2026-08-18 15:28:00