


Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə baş verən yanğın tam söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Binəqədidə istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub və yanğın tam söndürülüb.
Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib
Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO
Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur