


DSMF: Yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və təqaüd ödənilib
Bakı,18 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu ilin yanvar–iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, onlardan 505 min nəfərə müavinət olaraq 738, 405 min nəfərə Prezident təqaüdü olaraq 474, 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13, təqaüdlər üzrə 14, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub.
Bu ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib
Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO
Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur