


Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
Ankara, 14 avqust, AZƏRTAC
2026-cı ilin iyun ayında Türkiyəyə boru kəmərləri vasitəsilə təbii qaz tədarük edən ölkələr arasında Azərbaycan birinci olub.
Bu barədə AZƏRTAC Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) statistik məlumatlarına istinadla xəbər verir.
EPDK-nın məlumatına görə, cari ilin iyun ayında Türkiyəyə Azərbaycandan 1 milyard 12 milyon kubmetr qaz tədarük olunub.
Hesabat dövründə İran Türkiyəyə boru kəmərləri vasitəsilə 883 milyon kubmetr, Rusiya isə 882 milyon kubmetr qaz tədarük edib.
Ümumilikdə, hesabat ayında Türkiyə boru kəmərləri vasitəsilə 2 milyard 777 milyon kubmetr, mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə isə 282 milyon kubmetr qaz idxal edib.
Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub