


Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib
Bakı, 14 avqust, AZƏRTAC
2025-ci ilin dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə 10 icraçı təşkilat tərəfindən 5 proqram üzrə 26 tədbirin həyata keçirilməsi üçün 402,9 milyon məbləğində vəsait (əvvəlki illə müqayisədə 26 milyon manat və ya 6,9 faiz çox) proqnozlaşdırılıb, icraçı təşkilatların sifarişləri əsasında 374,1 milyon manat (92,9 faiz) və ya proqnozda nəzərdə tutulduğundan 28,7 milyon manat məbləğində az vəsait ayrılıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icraçı təşkilatlar tərəfindən təqdim edilən məlumatlara əsasən ayrılan vəsaitdən tam həcmdə istifadə olunub. Sektor üzrə istifadə edilmiş vəsaitin 10,7 faizi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və strukturuna daxil olan qurumlar (Meşələrin İnkişafı Xidməti, Milli Hidrometeorologiya Xidməti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti), 67,7 faizi yerli icra hakimiyyəti orqanları, 21,6 faizi isə sektorda fəaliyyəti olan digər təşkilatlar tərəfindən icra olunan tədbirlərin payına düşüb.
Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub