


Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Bakı, 14 avqust, AZƏRTAC
2025-ci ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 101 tədbirin həyata keçirilməsi üçün 4 milyard 896,7 milyon manat məbləğində vəsait (əvvəlki illə müqayisədə 346,4 milyon manat və ya 7,6 faiz çox) proqnozlaşdırılıb, icraçı təşkilatların sifarişləri
əsasında 4 milyard 619,5 milyon manat və ya proqnozda nəzərdə tutulduğundan 277,2 milyon manat (5,7 faiz) az vəsait ayrılıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icraçı təşkilatlar tərəfindən təqdim edilən məlumatlara əsasən, ayrılan vəsait tam istifadə olunub.
Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 4 faizi (və ya 197,9 milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi nəzərdə tutulmuş və 76,6 milyon manatı istifadə olunub. Sektor üzrə istifadə olunmuş vəsaitin 90,2 faizi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən icra olunan tədbirlərin payına düşüb.
Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub