


Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının 2025-ci il üzrə icrasına dair monitorinqin nəticələri açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, monitorinq nəticələri nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə edir. Monitorinq çərçivəsində qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra dinamikası, eləcə də ayrılmış büdcə vəsaitləri və nəticə göstəriciləri arasındakı korrelyasiya təhlil edilib, habelə aparılmış təhlillərin nəticələrindən irəli gələn metodoloji tövsiyələr, reytinq və digər məsələlər sənəddə əks etdirilib.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.
Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub