


Gürcüstan və Avstriya rəsmiləri Orta Dəhlizin strateji əhəmiyyətini müzakirə ediblər
Tbilisi, 13 avqust, AZƏRTAC
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Avstriya səfiri Robert Gerşner ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan Parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında mövcud münasibətləri və əməkdaşlığın inkişafı imkanlarını, regional təhlükəsizlik məsələlərini, Ukraynada davam edən müharibəni və Cənubi Qafqazdakı vəziyyəti, eləcə də regionda gedən prosesləri müzakirə ediblər.
Tərəflər Orta Dəhliz layihəsinə diqqət yetirib və onun strateji əhəmiyyətini vurğulayırlar.
Nikoloz Samxaradze səfirə Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər və çətinliklər, eləcə də işğal olunmuş bölgələrdəki mövcud vəziyyət barədə məlumat verib.
Britaniyada qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Gürcüstan və Avstriya rəsmiləri Orta Dəhlizin strateji əhəmiyyətini müzakirə ediblər
Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb: Temperatur 38,1 dərəcəyə çatıb