×
A
A
A
Sazlamalar

Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb: Temperatur 38,1 dərəcəyə çatıb

London, 13 avqust, AZƏRTAC

Böyük Britaniyada davam edən isti hava dalğası fonunda ilin ən yüksək temperaturu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Londonun Kyu Qardens ərazisində havanın temperaturu 38,1 dərəcəyə çatıb və bununla da 2026-cı ilin indiyədək ən isti günü qeydə alınıb.
Ölkədə, həmçinin bir il ərzində temperaturun 36 dərəcəni keçdiyi günlərin sayına görə yeni rekord müəyyənləşib. Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərənin cənub və şərq hissələri, eləcə də Midlands bölgəsinin geniş əraziləri üçün ekstremal istilərlə əlaqədar narıncı xəbərdarlıq elan edib. Şimali İrlandiyada isə güclü ildırım və leysan ehtimalı ilə bağlı sarı xəbərdarlıq qüvvədədir. Eyni zamanda, Şotlandiyanın geniş ərazilərində isti və quraq hava şəraiti səbəbindən meşə yanğınları təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-13 21:08:00