×
A
A
A
Sazlamalar

Almaniya qalmaqallı bəyanatları ilə yadda qalan Peter Fişerin yerinə Gürcüstana yeni səfir təyin edib

Tbilisi, 13 avqust, AZƏRTAC

Uzun müzakirələrdən sonra Almaniya Gürcüstana yeni səfir təyin edib.
AZƏRTAC xəbər verir ki, xanım Barbara Posse Gürcüstanda Almaniyanın yeni səfiri təyin olunub.
Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi saytında məlumat verilib.
2026-cı ilin avqust ayından Gürcüstana səfir təyin edilən Barbara Posse bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə və bir sıra ölkələrdə konsul vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Gürcüstandakı səfiri qalmaqallı bəyanatları ilə yadda qalan Peter Fişer olub. O, diplomatik fəaliyyət müddəti başa çatdığı üçün 2026-cı ilin iyun ayının sonunda Gürcüstanı tərk edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-08-13 21:01:00