×
A
A
A
Sazlamalar

Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib

Bakı, 13 avqust, AZƏRTAC

Roma yaxınlığındakı hərbi zavodda partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza barıt presləmə sexində baş verib. Partlayışdan əvvəl yanğın olub və hadisə zavodun yalnız kiçik bir hissəsinə təsir göstərib.
Müəssisə quru və dəniz qüvvələri üçün orta və iriçaplı sursat, eləcə də raketlər üçün bərk yanacaq istehsal edir.
İtki barədə məlumat yoxdur.
Yanğınsöndürənlər və xilasedicilər hadisənin nəticələrini aradan qaldırmaq üçün çalışırlar.

 

Dünya 2026-08-13 20:45:00