


Konfrans Liqası: “Qarabağ” “Dinamo”ya qalib gəlir - YENİLƏNİB
Bakı, 13 avqust, AZƏRTAC
UEFA Konfrans Liqası çərçivəsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlir.
Qolu 12-ci dəqiqədə Jali Muaddib vurub.
20:01
UEFA Konfrans Liqası çərçivəsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü ingiltərəli baş hakim Stüart Etuel idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Konfrans Liqası: “Qarabağ” “Dinamo”ya qalib gəlir - YENİLƏNİB
Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb
Tahir Baxşıyev 14 ildir baş məşqçisi olduğu klubla yeni müqavilə imzalayıb
APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötüb