


Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb
Bakı, 13 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək Azərbaycanın “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges;
Baş məşqçi: Qurban Qurbanov.
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;
Baş məşqçi: İqor Kostyuk.
Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilmiş ilk oyunda “Qarabağ” “Dinamo”ya 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
Konfrans Liqası: “Qarabağ” “Dinamo”ya qalib gəlir - YENİLƏNİB
Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb
Tahir Baxşıyev 14 ildir baş məşqçisi olduğu klubla yeni müqavilə imzalayıb
APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötüb