


Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
London, 8 avqust, AZƏRTAC
Böyük Britaniyada ev təsərrüfatlarının enerji təchizatçılarına olan borcu rekord səviyyəyə yüksəlib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, ölkə üzrə enerji borclarının həcmi ötən rübdə 5 faiz artaraq 4,79 milyard funt sterlinqə çatıb. York Universitetinin tədqiqatçılarının hökumətin ailə resursları sorğusunun məlumatları əsasında apardığı təhlil göstərir ki, enerji borcları ən çox Şotlandiya, Yorkşir və İngiltərənin şimal-şərq bölgələrini əhatə edib. 2025-ci ilin mart ayına qədər olan dövrdə bu bölgələrdə ev təsərrüfatlarının azı 4,8 faizi qaz və ya elektrik enerjisi ödənişlərini vaxtında edə bilməyib. Bu göstəriciyə görə növbəti yerdə 4,5 faizlə London qərarlaşıb. Araşdırmaya əsasən, ən çox çətinlik çəkən qrup təkvalideynli ailələrdir. Belə ailələrin 14,3 faizi enerji ödənişləri üzrə borca düşüb ki, bu da ölkə üzrə orta göstərici olan 3,9 faizdən üç dəfədən çoxdur.
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB
ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur