


Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Bakı, 8 avqust, AZƏRTAC
Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriella ölkəsinin ABŞ tərəfindən yaradılmış “Amerika Qalxanı” alyansına qoşulacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı avqustun 7-də keçirilən andiçmə mərasimindəki ilk çıxışında bu barədə danışıb: “Mərasimdən sonra icra edəcəyim ilk vəzifələrdən biri “Amerika Qalxanı” müqaviləsini imzalamaq olacaq. Bu təşəbbüs bizə güclü tərəflərimizi birləşdirməyə, strateji məlumat mübadiləsi aparmağa və milli, eləcə də regional təhlükəsizliyə yönələn təhdidləri aradan qaldırmaq üçün azad millətlərin kollektiv səylərini gücləndirməyə imkan verəcək”.
Prezident qərarını Kolumbiyanın digər dövlətlər kimi qlobal cinayətkar strukturlarla təkbaşına mübarizə apara bilməyəcəyi ilə əsaslandırıb. O, həmçinin əlavə edib ki, onun hökuməti dünyanın bütün ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələri gücləndirəcək, mövcud azad ticarət müqavilələrini inkişaf etdirəcək və yenilərinin imzalanmasını təşviq edəcək.
Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur