


Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
Moskva, 8 avqust, AZƏRTAC
Avqustun 7-dən 8-nə keçən gecə Rusiyanın bir sıra regionları PUA hücumlarına məruz qalıb. Hücumlar nəticəsində yeddi nəfər xəsarət alıb, sənaye obyektlərinə və yaşayış evlərinə ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, Krasnodar diyarında PUA qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunun ərazisində yanğın baş verib. İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb.
Samara vilayətində PUA-ların sənaye müəssisəsinə hücumu olub. Xüsusi xidmət orqanlarının əməkdaşları hazırda hadisə yerində işləyir və hücumun nəticələrini aradan qaldırırlar. Xəsarət alanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir.
Müdafiə qüvvələri Adıgeydə PUA hücumunun qarşısını alıb. Taxtamukay rayonunun Starobjeqokay aulunda zərərsizləşdirilmiş pilotsuz uçuş aparatının qalıqları köməkçi tikiliyə və fərdi yaşayış evinin şüşələrinə ziyan vurub. Xəsarət alan olmayıb.
Lipetsk vilayətinin Zadonsk şəhərində PUA-nın düşməsi nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Şəhərdə dörd fərdi evə, avtomobilə və elektrikötürücü xəttə ziyan dəyib.
Daha bir PUA Lipetsk şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binasının üzərinə düşüb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb