×
A
A
A
Sazlamalar

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

Kiyev, 8 avqust, AZƏRTAC

Yerli montorinq qrupunun yaydığı məlumata görə, Kiyevə 8-ə yaxın ballistik raket atılıb.
Raket zərbələrindən sonra Kiyev şəhərinin bəzi yerlərində enerji və suyun verilişi dayanıb.

04:26

Avqustun 8-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun vilayətinə hava zərbələri endirir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir. Hava zərbələri zamanı əsasən ballistik raketlərdən və zərbə dronlarından istifadə edilir.
Hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyətə keçib. Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar. Hazırda hava zərbələri davam edir.
Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Brovarı rayonuna endirilən dron zərbələri nəticəsində 3 nəfər həlak olub, onlardan biri uşaqdır. Daha 3 nəfər isə xəsarət alıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-08-08 05:29:00