×
A
A
A
Sazlamalar

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ administrasiyası mineral hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar sərmayə qoyacaq.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin mədən rəhbərləri ilə təşkil etdiyi görüşdə bildirib.
Amerika liderinin sözlərinə görə, Vaşinqton ştatında batareyalarda istifadə olunan materialların istehsalı üçün zavodun tikintisi üçün Pentaqon vasitəsilə 1,4 milyon dollar, Avstraliyada skandium hasilatı üçün 400 milyon dollar, Minnesotada nadir torpaq maqnit hasilatı üçün isə daha 150 milyon dollar ayrılacaq.
Bundan əlavə, Arizonada mis mədən layihəsinin inkişafı üçün 1 milyard dollar ayrılacaq.

Dünya 2026-08-08 02:33:00