


ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur
Bakı, 8 avqust, AZƏRTAC
ABŞ ordusu “Qızıl Günbəz” raketdən müdafiə sisteminin ilk sınaqlarını 2026-cı ildə başa çatdırmağı və uçuş sınaqlarına 2027-ci ildə başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, podratçılar üçün tələb olunan yoxlamalara yerüstü sınaqlar, iki tutucu uçuş sınağı və 2029-cu ilin sonuna qədər hədəf tutma nümayişi daxildir. Bundan əlavə, agentlik qeyd edir ki, sistemlərin yerüstü sınaqları 2026-cı ilin əvvəlində uğurla başa çatarsa, hökumət tutucu raket istehsalçılarına 60 milyon dollar ödəməyə hazırdır.
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB
ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur
ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq
İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq