×
A
A
A
Sazlamalar

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

İmişli, 8 avqust, AZƏRTAC
İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, insident gecə saatlarında şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müxbir - Aydın Yavərzadə

Regionlar 2026-08-08 01:01:00