


İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
İsmayıllı, 7 avqust, AZƏRTAC
İsmayıllı rayonunda yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Türkoğlu
Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO