×
A
A
A
Sazlamalar

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuz, 7 avqust, AZƏRTAC
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Tovuz şəhərinin mərkəzi prospektində “VAZ 2107” ilə “Kia” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu

Regionlar 2026-08-07 21:42:00