


Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
Cəbrayıl, 7 avqust, AZƏRTAC
Cəbrayıl rayonunun iki kəndində açıq sahədə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Horovlu və Quycaq kəndlərinin açıq və təpəlik sahələrində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Müxbir - Aydın Yavərzadə
Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO