


Tədqiqatçı: Həyatın erkən dövrlərində şəkər istehlakının məhdudlaşdırılması beyin sağlamlığı üçün faydalıdır
Bakı, 4 avqust, AZƏRTAC
Böyük Britaniyada aparılan və geniş məlumat bazasına əsaslanan araşdırma göstərib ki, həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması gələcək illərdə beyini qoruya bilər.
AZƏRTAC xəbər verir ki, Honq Konq Elm və Texnologiya Universitetinin alimləri araşdırma çərçivəsində Böyük Britaniyanın Biobank layihəsində qeydiyyatdan keçmiş təxminən 65 min nəfərin məlumatlarını təhlil ediblər.
Tədqiqat çərçivəsində Böyük Britaniyada şəkərə qoyulan məhdudiyyətin aradan qaldırılmasından sonra insanların qidalanma vərdişlərində şəkər istehlakının sürətlə artmasının təsirləri araşdırılıb.
Nəticələr göstərib ki, iki yaşına qədər şəkər qəbulu məhdudlaşdırılan insanlarda demensiya (ağıl zəifliyi) riski 23 faiz daha aşağı olub və xəstəliyə diaqnoz orta hesabla iki il yarım gec qoyulub.
Tədqiqatçı Jiazhen Zheng bildirib: “Əldə etdiyimiz nəticələr göstərir ki, həyatın ən erkən dövrlərində şəkər istehlakının məhdudlaşdırılması beyin sağlamlığı üçün uzunmüddətli faydalar təmin edə bilər.”
Tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.
Müxbir – Göyçək Mahmudlu
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
DSMF: Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 2,27 milyon vahid olub
Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var