


Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var
Bakı, 7 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.
Bu barədə AZƏRTAC-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10000, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.
Səbaildə obyektdə yanğın baş verib
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib