


Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Bakı, 7 avqust, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında əməkdaşlıq çərçivəsində məhkumların maarifləndirilməsinə yönəlmiş növbəti aksiya keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində təşkil olunan aksiya zamanı 4, 9, 11, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinə, həmçinin Umbakı, Şəki və Lənkəran penitensiar müəssisələrinə xüsusi kitab rəfləri və ümumilikdə 800 kitab təqdim olunub.
Nəşrlər arasında din, fəlsəfə, tarix, bədii ədəbiyyat və humanitar elmlərə dair kitablarla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xidmət edən nəşrlər də yer alıb.
Qeyd edək ki, aksiyanın əsas məqsədi məhkumların mütaliəyə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və maarifləndirici resurslara çıxış imkanlarının genişləndirilməsidir.
Səbaildə obyektdə yanğın baş verib
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib