×
A
A
A
Sazlamalar

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 6-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib. Ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülüb, yabanı halda bitmiş 9,4 ton çəkidə 16 min 45 çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 2 patron darağı, 1 mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər də saxlanılıb.

 

Cəmiyyət 2026-08-07 11:29:00