×
A
A
A
Sazlamalar

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

Bakı, 7 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 37 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayırlar.
Sosial xidmətçilər şəhidlərimizin yadigarlarının evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə kömək göstərirlər.
Bu ilin ötən dövründə Agentlik tərəfindən ümumilikdə 3528 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilib.
Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Cəmiyyət 2026-08-07 18:23:00