


Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub
Bakı, 7 avqust, AZƏRTAC
Bu ilin 6 ayı ərzində “Mobil notariat” tətbiqinin istifadəçi auditoriyası 1 milyon 771 mini ötüb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu müddətdə hər gün orta hesabla 3400 elektron notariat hərəkəti məhz bu tətbiq üzərindən rəsmiləşdirilib.
Cari ilin birinci yarımilində tətbiq üzərindən ümumilikdə 633 mindən çox notariat (ötən ilə nisbətdə 41 faiz artıb) hərəkəti həyata keçirilib.
Müxbir - Günel Türksoy
Səbaildə obyektdə yanğın baş verib
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib