


Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Paytaxtın Sabunçu və Xəzər rayonlarında, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Səbaildə obyektdə yanğın baş verib
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib