×
A
A
A
Sazlamalar

Bu il peşə kurslarını bitirən 5019 nəfər işlə təmin edilib

Bakı, 4 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb olunmuş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin olunduğu sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, iaşə xidməti və s. olub.
Qeyd edək ki, hazırda agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılır.

 

Cəmiyyət 2026-08-04 16:18:00