


Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Şamaxı, 23 iyun, AZƏRTAC
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şamaxıda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətində təşkil olunan tədbirdə icra başçısı Tahir Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin inkişafı və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində gördükləri işləri yüksək qiymətləndirib. O, kollektivin üzvü Elxan Qədimlinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasını kollektivin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirərək, bunun gələcək fəaliyyət üçün böyük məsuliyyət yaratdığını vurğulayıb.
Digər çıxış edənlər ölkədə dövlət idarəçiliyinin müasir tələblər və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, eləcə də dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Tədbir çərçivəsində dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaş Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunub. Daha sonra Şamaxı Şəhər Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Kamera Orkestrinin təqdimatında “Musiqi irsimizə səyahət” adlı konsert proqramı təşkil edilib. Konsertdə Azərbaycan və dünya musiqisinin seçilmiş nümunələri səsləndirilib.
Müxbir – Rəşad Türkoğlu
Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
İsmayıllıda kişi traktorun altında qalaraq ölüb
Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub
Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO