


İsmayıllıda kişi traktorun altında qalaraq ölüb
İsmayıllı, 23 iyun, AZƏRTAC
İsmayıllı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lahıc–Dəmirçi avtomobil yolunda aparılan təmir-tikinti işləri zamanı baş verib.
İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 56 yaşlı Əyyub Əfəndiyev idarə etdiyi tırtıllı traktordan yıxılıb və ağır texnikanın altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.
Müxbir - Rəşad Türkoğlu
Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
İsmayıllıda kişi traktorun altında qalaraq ölüb
Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub
Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO