


Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Qahirə, 22 iyun, AZƏRTAC
Qətərin “QatarEnergy” şirkəti Ras Laffan mayeləşdirilmiş təbii qaz kompleksində baş vermiş partlayış nəticəsində həlak olanların sayının 13 nəfərə çatdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumatda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyi bildirilib. Qeyd olunub ki, partlayış ölkənin mayeləşdirilmiş təbii qaz ixracına təsir göstərməyib.
“QatarEnergy”, həmçinin Ras Laffan qaz obyektləri və limanının partlayış nəticəsində zərər görmədiyini bəyan edib.
Qətərin Daxili İşlər Nazirliyinin məlumatına görə, Ras Laffan Sənaye Zonasında yerləşən müəssisələrdən birində baş vermiş hadisə nəticəsində 54 nəfər xəsarət alıb.
Nazirlik “X” sosial şəbəkəsindəki rəsmi hesabında bildirib ki, Qətər Beynəlxalq Axtarış və Xilasetmə Qrupu mülki müdafiə qüvvələri ilə birlikdə hazırda itkin düşmüş 18 nəfərin axtarışını davam etdirir.
Daha əvvəl Daxili İşlər Nazirliyi hadisənin istismar prosesi zamanı baş vermiş texniki nasazlıq nəticəsində meydana gəldiyini açıqlamışdı. Bildirilmişdi ki, qəza zamanı insanların təhlükəsizliyi üçün risk yaradan hər hansı qaz sızması qeydə alınmayıb.
Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır
Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib
Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib