


Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
İstanbul, 22 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Məlumatda bildirilib ki, liderlər Türkiyə–İran ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.
Prezident Ərdoğan söhbət zamanı İran ilə ABŞ arasında əldə olunan razılaşmanın məmnunluq doğurduğunu bildirib, Türkiyənin prosesin sülhlə nəticələnməsi üçün əlindən gələn dəstəyi göstərəcəyini vurğulayıb. O, danışıqları pozmağa çalışanlara qarşı ehtiyatlı davranmağın vacibliyini qeyd edib.
Türkiyə Prezidenti yeni dövrdə regional sülhü gücləndirəcək addımların atılmasının mühüm və zəruri olduğunu, Türkiyənin bunun təmin olunması üçün çalışacağını bildirib. Prezident Ərdoğan, həmçinin Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atmağı davam etdirəcəyini bildirib.
Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb
Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır
Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib
Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib