


Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır
İstanbul, 22 iyun, AZƏRTAC
Bu gün səhər saatlarında Ukraynanın Çornomorsk limanı yaxınlığında Türkiyə şirkətinə məxsus və Panama bayrağı altında üzən gəminin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb. Onların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı baş konsulluğu tərəfindən yaxından izlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda deyilir: “Rusiya–Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyi təhdid edən hücumlarla bağlı narahatlığımız hər iki ölkənin səlahiyyətli qurumlarının diqqətinə çatdırılır. Qara dənizdə mülki gəmilərin təhlükəsiz naviqasiyasının təmin edilməsi ölkəmizin prioritetləri sırasındadır. Bu baxımdan, bütün aidiyyəti tərəfləri bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq”.
Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb
Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır
Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib
Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib