


Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib
Berlin, 22 iyun, AZƏRTAC
Berlin və Paris Almaniya-Fransa birgə müdafiə sənayesi konserni olan KNDS-də Almaniya hökumətinin payına dair razılıq əldə ediblər.
AZƏRTAC “Deutschlandfunk” radiosuna xəbər verir ki, federal hökumət konsernin səhmlərinin 40 faizini əldə etməyi planlaşdırır. Məqsəd “Leopard 2” tanklarının istehsalçısının fəaliyyətinin Almaniyada qorunub saxlanılmasını və ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsini dəstəkləməkdir. Məsələ ilə bağlı qərar Bundestaqın büdcə komitəsi tərəfindən nəzərdən keçiriləcək.
Məlumata əsasən, Almaniya hökumətinin KNDS-də hazırda 50 faiz paya malik olan “Wegmann” holdinqi ilə əldə etdiyi razılığa görə, hökumət holdinqin payından 40 faiz əldə edəcək. Eyni zamanda, sahibkar ailələrə və Fransa dövlətinə məxsus payların hərəsindən 10 faizin birjaya çıxarılması nəzərdə tutulur.
KNDS “Leopard 2” əsas döyüş tankları ilə yanaşı, piyadaların döyüş maşınları, artilleriya sistemləri və sursat istehsal edir.
Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb
Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır
Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib
Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar
Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib