×
A
A
A
Sazlamalar

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

Bakı, 22 iyun, AZƏRTAC

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı xüsusilə tanqo müəllimləri üçün möhtəşəm tədbirdir. Belə layihələr Bakıda tanqonun inkişafına əlavə dəstək verir və bu sənət növünə marağı artırır.
Bunu AZƏRTAC-a açıqlamasında rəqqas, xoreoqraf İlham Osmanov deyib.
O bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tanqo festivalı tanqo müəllimləri və rəqqaslar üçün mühüm hadisədir. “Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq. İldə iki dəfə belə tanqo tədbirlərinin keçirilməsi çox sevindiricidir. Bu cür festivallar insanların tanqo mədəniyyətini daha yaxından tanımasına, onun fəlsəfəsi və ənənələri ilə tanış olmasına böyük töhfə verir”,- deyə İ.Osmanov əlavə edib.

Mədəniyyət 2026-06-22 17:40:00