


Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 17 iyun, AZƏRTAC
Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.
Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.
Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb
Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub